ABŞ-ın büdcə kəsiri 67 milyard dollar təşkil edib

post-img

ABŞ-ın Federal Xəzinədarlıq Departamentinin məlumatına görə, 2024-cü maliyyə ili üçün oktyabr ayında büdcə kəsiri təxminən 67 milyard dollar təşkil edib.

QX xarici mediaya istinadən bildirir ki, bu ay üçün ümumi mədaxil 470 milyard dollar, ümumi xərclər isə təxminən 403 milyard dollar olub. Daxilolmalara gəlincə, fərdi gəlir vergiləri 220 milyard dollar, sosial,  sığorta və pensiyalar 114 milyard dollar təşkil edib.

Xatırladaq ki, xərclər üçün sosial təminat 117 milyard dollar, milli müdafiə isə 87 milyard dollar olub.

 

Ayşən AZADOVA  

XQ

Dünya