Sınaq laboratoriyası kosmosda…

post-img

“SpacePharma” şirkəti mikroqravitasiya mühitində tibbi təcrübələr aparmaq üçün kosmosa uzaqdan idarə olunan laboratoriya göndərdiyini açıqlayıb.

Laboratoriya NASA-nın Beynəlxalq Kosmik Stansiyasına məxsus olan ABŞ
kosmik təchizat raketinin göyərtəsində yerləşdirilib. Məqsəd bəzi xərçəng və
beyin dərmanlarının kliniki tətbiqindən əvvəl test etməkdir.

Təcrübələr çəkisi 3,4 kiloqramlıq laboratoriyada aparılacaq və bu, farmakoloji tətbiqlərin daha dərindən öyrənilməsinə imkan verəcək. Təcrübələrdən
biri prion zülalına bağlana bilən molekulları müəyyən etmək və ölümcül
degenerativ beyin xəstəliyi olan “dəli dana” xəstəliyinə gətirib çıxaran yanlış
müalicənin qarşısını almaq məqsədi daşıyır.

Təcrübənin kosmosda aparılmasının səbəbi, materialların mikroqravitasiya şəraitində aşağı sıxlığa malik olması və yavaş kristallaşma prosesini
inkişaf etdirdiyi üçün izlənilməsidir. İsrail Kosmik Agentliyi (ISA) qeyd edib ki,
sınaq uğurlu olarsa, bu, alzeimer və parkinson kimi digər degenerativ beyin
xəstəlikləri üçün dərmanların inkişafına kömək ola bilər.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Elm