II MDB Oyunlarında 10 medal

post-img

Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında ilk medallarını qazanıb. 

Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, cüdo komandasının
üzvləri Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq), Cəsur İbadlı (66 kq)
bütün rəqiblərini məğlub edərək qalib adına layiq görülüblər. Digər cüdoçularımız Xədicə Abdullayeva (40 kq), Aytən Verdiyeva (52 kq) isə bürünc medala sahib çıxıblar.

Güləşçilərimiz Məhəmməd Şükürzadə (60 kq), Ziya Babaşov (60 kq) gümüş,
Tural Mehtiyev (55 kq), Həsən Məmmədli (67 kq) bürünc medala layiq görülüblər.

Daha bir bürünc medalı komandamızın aktivinə bədii gimnastika üzrə gənclərdən ibarət yığma komandamız yazdırıb. 

 

İdman