Böyük Britaniyada dron poçtalyonluq edir

post-img

BBC xəbər verir ki, Orkney adaları Böyük Britaniyada poçtu dronla çatdıran ilk yer olubdur. Belə ki, bu əməliyyat “Royal Mail” və “Skyports” dron xidməti tərəfindən həyata keçirilib. “Royal Mail” adalar arasında məktub və bağlamaları paylamaq üçün limanları dayanacaq məntəqələri olaraq təyin edib.

İlkin sınaqlar zamanı Şotlandiya məktəbləri üçün yemək, Mull xəstəxanasına tibbi maskaların çatdırılması uğurla başa çatıb. Sözügedən xidmətin ilkin olaraq üç aylıq fəaliyyəti maliyyələşdirilsə də, “Royal Mail” tələbat yaranarsa, fəaliyyət müddətini artıracaqlarını bildirib. Gələcəkdə dron xidməti səviyyəsinin də əhəmiyyətli dərəcədə yaxşılaşdırılacağı gözlənilir. Poçt işçilərinin texniki təhlükəsizliyini təmin etmək üçün qurğuların mexanizmlərində dəyişiklik aparılacaq.

“Xalq qəzeti” 

Maraqlı