Dünya kuboku: 5 heç-heçə, 1 məğlubiyyət

post-img

Bakıda şahmat üzrə dünya kuboku yarışında 3-cü mərhələnin ilk görüşləri keçirilib.

Azərbaycan şahmatçıları Teymur Rəcəbov ispan Hayme Santos, Nicat Abasov niderlandlı Aniş Giri, Rauf Məmmədov Yan Nepomnyaşi, Abdulla Qədimbəyli Rey Robson, Ülviyyə Fətəliyeva Çin təmsilçisi Yu Vençjunla heç-heçə ediblər. Təmsilçilərimizdən yalnız Qədir Hüseynov rəqibi Lenyer Domingesə uduzub. 

İdman