Paralimpiyaçımız dünya çempionatında qızıl medal qazanıb

post-img

Paraüzgüçümüz Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya
çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 saniyə nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıb.

Bu barədə “Xalq qəzeti”nə Milli Paralimpiya Komitəsindən bildirilib.

Qeyd edək ki, 3 qat paralimpiya çempionu bundan əvvəl 100 metr məsafəyə
arxasıüstə üzmə növündə gümüş medala sahib olmaqla, həm də Paris-2024
Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib. İdmançımız, həmçinin 50 metr
məsafə üzrə sərbəst, 100 metr məsafəyə butterfly üsulu ilə üzmə yarışlarında bürünc medal qazanıb. 

İdman