İqlim dəyişikliyi bütün ölkələrə təsir göstərir

post-img

“COP29 ilə bağlı ya hər kəs birlikdə fəaliyyət göstərməlidir, ya da uğursuzluq qaçılmazdır”.

Bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Solta­nov bildirib. Onun sözlərinə görə, COP29-da gündəmə gətiriləcək əsas məsələlərdən biri məqsədlərə nail olmaq yolunda maliy­yələşmə məsələsidir.

“Təkliflərdən biri belədir ki, maliy­yələşmə məsələsi ilə bağlı yeni model müəyyənləşdirilməlidir. Biz COP29-un bu istiqamətdə çox əlverişli bir fürsət olaca­ğına inanırıq. Azərbaycan tərəfi müxtəlif tərəflərin geniş şəkildə müzakirələr apar­maları üçün şəffaf bir mühit yaratmağı qarşıya məqsəd qoyub. Ümumilikdə, COP29-un gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan orada “yaşıl dəhliz”ləri və saxlanma anbarlarının yaradılması, su çatışmazlığı məsələlərini gündəmə gətiril­məsini önəmli sayır. İqlim dəyişikliyi bü­tün ölkələrə təsir edir. Biz milli öhdəliklərə sadiq olmalıyıq. Ona görə ki, bu öhdəliklə­rin hər biri çox önəmlidir”,–deyə E.Solta­nov bildirib. 

XQ

Ekologiya