QDTİB Azərbaycana yatırımı artıracaq

post-img

İqtisadiyyat nazirinin müavini Anar Axundov Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Draqoş-Paul Ungureanu ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə “yaşıl maliyyələşdirmə” və investisiyalar, KOB-un inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, düşməndən təmizlənən ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsi kimi məsələlər nəzərdən keçirilib.

Tərəflər Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə COP29 çərçivəsində əməkdaşlığa, habelə iqlim gündəliyinə xüsusi diqqət yetirməklə Azərbaycanın investisiya prioritetləri, la­yihələrin maliyyələşdirilməsi imkanları və qarşılıqlı maraq do­ğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ekologiya