“Energy One Solutions International”ın baş direktoru və təsisçisi Alen Stivenin sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) biliklərin, qabaqcıl təcrübələrin mübadiləsi və iqlim dəyişikliyi ilə mübarizə üçün fəaliyyətin inkişafı üçün dəyərli beynəlxalq forum təşkil edir.
Onun fikrincə, COP sessiyaları ölkələr üçün siyasəti bir kənara qoyaraq iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliklərini təsdiqləmək üçün vacibdir: “Hətta milli səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsi prosesi və qərarların qəbulu ləng olsa belə, sessiyalar dövlətlərə xarici siyasətlərindən asılı olmayaraq iqlim təşəbbüslərini inkişaf etdirmək üçün məlumat və təlimat verir”.
İnfrastrukturun “yaşıl enerji”yə keçidindən danışan A.Stiven qeyd edib ki, bu proses olduqca mürəkkəbdir: “Problem təkcə yaşıl enerji mənbələrini tətbiq etmək deyil, həm də enerji sistemlərinin etibarlılığını və dayanıqlığını təmin etməkdir”.
A.Stiven bildirib ki, kütləvi karbonsuzlaşdırma enerji sistemlərinin sabitliyinə təsir edir, çünki şəbəkə operatoru bunu tam nəzarətdə saxlaya bilmir.