Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Cənub-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-24°, gündüz 31-36°, bəzi yerlərdə 38° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu , nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 35-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.
Q.QASIMOV
XQ