Abşeronda yağıntılı, bölgələrdə yağmursuz və arabir dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, martın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. 

Gecə 3-6° , gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın tem­peraturu gecə 2-6° , gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gün­düz 3° şaxtadan 2°-dək isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya