Ağaclar da insanlar kimidir: yaranır, yaşayır, qocalır və ölür. Bəzilərinin hətta müəyyən zamandan sonra nəsli kəsilir. Amma ən qədim tarixlərin şahidi olan ağaclardan bəziləri bu günə qədər yaşayır.
Sarv-e Abarkuh ağacı Aralıq dənizi sərvi kimi məşhurdur və təxminən, 1500 il yaşı olduğu güman edilir. Əfsanəyə görə, bu ağacı Zərdüşt peyğəmbər şəxsən özü əkib. Ağacla bağlı azərbaycanlı alim Zaur Əliyev də xeyli araşdırma aparıb.
O qeyd edir ki, Zərdüştün Aralıq dənizi yaxınlığında Sarv-e Abarkuh adlı ağac əkdiyi barədə bir çox tarixçilər yazıblar. Onun sözlərinə görə, Zərdüştün paytaxtımızda, Suraxanı rayonu ərazisində qədim ibadətgahlardan olan Atəşgahda 4 sərv ağacı əkdiyi barədə də qaynaqlarda yazılıb. Ərəblər Azərbaycanı işğal edəndə bu ağacları çıxarıb Bağdada aparıblar.
Zərdüşt peyğəmbər ağac əkilməsinə böyük önəm verirdi. Onun dini-fəlsəfi baxışlarında ağac və çiçəklər uğur, xoşbəxtlik və səadət hesab edilirdi.
Ə.PAŞA
XQ