Yağış yağmayacaq, duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmə­tinin verdiyi məlumata əsasən, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 4-7°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütu­nuna enəcək, nisbi rütubət gecə 60-70 , gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi rayonlar­da arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın tempe­raturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya