Rusiya XİN: ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyir

post-img

ABŞ Cənubi Qafqazdan Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün istifadə etmək istəyir. Bunu dekabrın 30-da RİA Novosti- yə müsahibəsində Rusiya Xarici İşlər nazirinin (XİN) müavini Mixail Qaluzin deyib. Məlumatı “İzvestiya.ru” verib.

Qaluzin əmin olduğunu bildirib ki, “Vaşinqton çoxdan gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün tramplin kimi baxırlar”. Onun fikrincə, bu ərazidən belə məqsəd üçün istifadə regionun yerli sakinlərinin əsl mənafe və məqsədlərinə ziddir.

Bundan əvvəl məlumat verilmişdi ki, noyabrın 28-də ABŞ-ın dövlət katibi Antoni Blinken telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevdən iki dövlət arasında münasibətlərin normallaşması üçün köməkçisi Ceyms O`Brayenin Bakıya səfərinə icazə verilməsini xahiş edib.

Noyabrın 26-da isə Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, bir sıra Qərb ölkələri Dağlıq Qarabağ ətrafında sabitliyi pozmağa və Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar. O vurğulayıb ki, heç kim regionda Moskva kimi sabitlik və təhlükəsizliyi təmin edə bilməyəcək.

P.ƏMİRCANOV
XQ

Dünya