Putin Berdiməhəmmədova Yeni il təbriki ünvanlayıb

post-img

Rusiya ilə Türkmənistan arasında münasibətlər 2023-cü ildə də strateji tərəfdaşlıq ruhunda inkişaf etməkdə davam edib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin türkmən həmkarı Serdar Berdiməhəmmədova ünvanladığı yeni il təbrikində yazıb. Məktub cümə günü, dekabrın 29-da Türkmənistan hökumətinin rəsmi saytında dərc olunub. Məlumatı “İzvestiya.ru” verib.

“Ötən il Rusiya ilə Türkmənistan arasında ətraflı siyasi dialoq davam etdirildi, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə əməkdaşlıq yaxşı nəticələr verdi”, - Rusiya Prezidenti qeyd edib.

Putin, eyni zamanda, iki müttəfiq dövlətin dost xalqlarının mənafeyi naminə gələcəkdə də eyni səmərəli əməkdaşlığı gözlədiyini vurğulayıb. O, həmçinin Mərkəzi Asiya və Xəzər regionunda təhlükəsizlik və sabitliyin yaxşılaşdırılması üçün Türkmənistan lideri ilə birgə işləmək niyyətində olduğunu qeyd edib.

“Sizə, ailənizə və dostlarınıza möhkəm cansağlığı və uğurlar, bütün Türkmənistan vətəndaşlarına firavanlıq və rifah arzulayıram”, - deyə Rusiya prezidenti təbrikində qeyd edib. 

P.ƏMİRCANOV
XQ

Dünya