Oturan ağrı tapar...

post-img

Alimlər insanın ömrünü qısal­dan, insult, infarkt riskini artıran iş və peşələri araşdırıblar. Çin alimləri növbəti dəfə ən təhlükəli işin ofis işi, oturaq işlər olduğu­nu sübut ediblər.

Tədqiqatlar göstərib ki, gündə 8 sa­ata yaxın oturaq iş infarkt, insult riskini 50 faiz artırır. Alimlər, hətta oturaq işin insan üçün ölümcül təhlükəli olduğunu müəyyənləşdiriblər.

Ofis işçiləri, mühasiblər, bank, idarə işçiləri, ümumiyyətlə, oturaq işdə çalı­şanlar daxili orqanlar, damarlar, ürək problemlərindən əziyyət çəkirlər.

10 il ərzində oturaq işdə çalışan in­san öz ömrünü digər peşələrdən fərqli olaraq, 20 faizə qədər azaldır.

Mütəxəssislər bildirirlər ki, insan üçün optimal oturma müddəti gündə 4–5 saatdır. Bu zaman 40 dəqiqədən bir fasilə olmalı, bədən vəziyyəti dəyi­şilməli, insan oturduğu yerdən qalxıb mütləq gəzməlidir.

Tədqiqatçılar son olaraq belə qəra­ra gəliblər ki, ofis işçilərinin sağlamlığı ciddi təhlükə altındadır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat