Kainat daim genişlənir

post-img

Elmlə bağlı ən heyrətamiz faktlardan biri kainatın geniş­lənməsidir. Bu, o deməkdir ki, bütün qalaktikalar, ulduzlar və planetlər zamanla bir-birindən uzaqlaşır. Bunu 1920-ci illərdə qalaktikaların hərəkətini müşahi­də edən amerikalı astronom Ed­vin Hubble kəşf edib. O, nəhəng teleskopla göy üzünü araşdı­rarkən ulduzların və qalaktika­ların bir-birindən sürətlə uzaq­laşdıqlarını müşahidə edib. Bu, astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. 

Ulduzlar və qalaktikalar ancaq biz­dən deyil, bir-birindən də uzaqlaşırlar. Kainatın genişlənməsi sonrakı illərdə də qəti olaraq təsdiq edildi. Mövzunu daha yaxşı başa düşmək üçün kainatı doldurulmaqda davam edən bir şarın səthi kimi təsəvvür etmək olar. Şarın üstündəki nöqtələr şar dolduqca bir-bi­rindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-bi­rindən uzaqlaşır. Əslində, bu həqiqət XX əsrin ən böyük elm adamlarından biri sayılan Albert Eynşteyn tərəfindən də nəzəri olaraq kəşf edilmişdi. Lakin Eynşteyn həmin dövrdə qəbul edilən “statik kainat modeli”nə zidd çıxma­maq məqsədi ilə bu kəşfini bir kənara qoymuşdu. Alim sonralar bu hərəkətini karyerasının ən böyük səhvi adlandır­mışdı. 

İnanmaq bəlkə çətindir, amma ka­inat başqa bir şeyin içində olmadan genişlənir. 

Pünhan ƏFƏNDİYEV
XQ

Dünya