“Xiaomi”nin ilk elektromobilləri

post-img

“Xiaomi” şirkəti Çində növbəti təqdimatını keçirərək özünün ilk elektrik avtomobilini – “SU7” və “SU7 Max” markalarını təqdim edib. Bu barədə “Rozetked” portalı xəbər verib. 

Bildirilib ki, “Xiaomi SU7” elektrik avtomobili “Tesla Mo­del 3” və “Porsche Panamera” modellərinə bənzəyir. Bu da səbəbsiz deyil. Onun dizaynı­nı bəzi BMW, “Mini” və “Rol­ls-Royce” modelləri üzərində işləmiş tanınmış rəssam Kris Benql hazırlayıb. Başlanğıcda alıcılara üç rəngdə elektrik av­tomobilləri təqdim edilir: mavi, boz və yaşıl. Bu markalı avto­mobillərdə modifikasiyasından asılı olaraq 3 fərqli “Xiaomi” markalı mühərrikdən istifadə edilir: “Super Motor V6” (299 at gücü), “Super Motor V6s” (374 at gücü) və “Super Motor V8” (578 at gücü). 

Şirkətdən bildirilib ki, “Super Motor “V8”ə malik SU7 versi­yası 265 km/saat sürət yığır. Onun sıfırdan 100 km/saat sürət yığması üçün isə 2,78 sa­niyə kifayət edir .

“SU7”nin bütün versiyaları 101 kVt/saatlıq özəl “Xiaomi” batareyası ilə təchiz edilib. Bir dəfə elektrik yüklənməsi ilə 800 kilometr yol gedə bilir. Yeni elektrik avtomobillərinin “Hyper Charge” sürətli enerji doldurma dəstəyi var. 15 dəqiqə kifayət­dir ki, onlara 510 kilometri qət etmək üçün “yanacaq doldurul­sun”. “Xiaomi” şirkəti qiyməti və satışların başlama tarixini açıq­lamayıb.

P.ƏFƏNDİ
XQ

Dünya