Süni intellektə təhlükəsiz həyat!

post-img

Sinqapurun Nanyang Texnoloji Universitetinin (NTU) tədqiqatçıları “ChatGPT”, “Google Bard” və “Microsoft Copilot” da daxil olmaqla bir neçə süni intellekt çatbotlarının təhlükəsizliyinin pozulmasının qarşısını almaq üçün proqram hazırlayıblar. 

Bu barədə "Computer Science" elmi jurnalında məqalə dərc olu­nub.

Kompüter alimləri ağıllı chatbot­ların əsasını təşkil edən böyük dil modeli (LLM) əsasında öz neyron şəbəkələrini hazırlayıblar. Onların yaratdıqları “Masterkey” adlı alqo­ritm çatbotların kompüter virusunun necə yazılması, partlayıcı qurğu və ya narkotik vasitələrin hazırlanması ilə bağlı təlimatların alınması, həm­çinin onların köməyi ilə nifrət nitqi və digər qeyri-qanuni materialların yaradılmasının qarşısını alacaq.

Universitetin alimləri proqramın etik məhdudiyyətlərindən yayınan və müəyyən sözləri senzuradan keçirən sorğulardan istifadə edərək süni intellektdən qadağan olunmuş məlumatları çıxarmağın yollarını da tapıblar. 

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya