Yağış yağacaq...

post-img

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasına gecəyə doğru bəzi yerlərdə yağış yağaca­ğı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti ola­caq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında ha­vanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış ya­ğacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın tem­peraturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

QƏZƏNFƏR
XQ

Ekologiya