Ən uzun çimərlik

post-img

"Praia do Cassino" çimərliyi planetin ən uzun dəniz çimərliyidir və Braziliyadan Uruqvayla sərhədə qədər uzanır. 

"Praia do Cassino"nun uzunluğu mənbədən asılı olaraq bir qədər dəyişə bilər. Buna baxmayaraq, 230 kilometr uzunluğunda hesab olunur. Bu zona su idmanı, təbiət və çimərlik tətilləri­ni sevənlər arasında çox populyardır. Bununla belə, macəra axtaranlar üçün çimərlik həm də "ekstremal ultra-mara­fon"da iştirak etmək üçün nadir fürsət təqdim edir.

Qeyd etmək lazımdır ki, Yer kürəsi­nin ikinci ən böyük dəniz çimərliyi Avst­raliyanın cənub-şərqində, uzunluğu 194 kilometr olan Coorong Milli Parkındakı çimərlikdir. Planetin ən qısa çimərliyi İs­paniyadadır və uzunluğu cəmi 40 metr­dir.

SƏADƏT
XQ

Dünya