Meymun maral belində

post-img

Yaponiyada dünyanın ən nadir fotolarından biri çəki­lib. Kadrlarda meşədə kolların arasından keçən maral və onun belində uzanan meymun görüntülənib.

Əylənməyi sevən, gününün çox hissəsini ağac budaqla­rında oynayaraq keçirən makaka adlı meymunun bu hərəkəti hər kəs tərəfindən böyük maraqla qarşılanıb.

Fotonun müəllifinin sözlərinə görə, meymun uzun müd­dət maralın belində meşəni gəzib.

FİDAN
XQ

Maraqlı