Xaçmazda uçan körpü yeniləcək

post-img

Dünən səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Xatırladaq ki, son günlər intensiv yağıntılar nəticəsində yaranmış güc­lü sel suları respublika əhəmiyyətli Gəndob–Xaçmaz–Yalama–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrində, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. Yeni körpünün inşası ilə əlaqədar günorta saatlarında əraziyə xüsusi tex­nikalar cəlb ediləcək. İnşaat işlərinin qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Sürücülər müvəqqəti olaraq al­ternativ yol kimi Xaçmaz rayonu, Qı­mılqışlaq kəndi ərazisindən keçən yol­dan istifadə edə bilərlər.

AYTƏN
XQ

Son xəbərlər