Hava proqnozu

post-img

Aprelin 21-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-13°, günün birinci yarısında 14-19°, bəzi yerlərdə 21°-dək isti, axşama doğru isə şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar temperatur 4-5° aşağı enəcək.. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. 
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11°, gündüz 18-23° isti olacaq. 
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7°, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq. 
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında dağlıq rayonlardan başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7°, gündüz 10-12°, bəzi yerlərdə 15-18° isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13° , gündüz 17-22° isti olacaq. 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-12°, gündüz 15-20°, dağlarda gecə və gündüz 2-7° isti olacaq. 
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-12°, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti olacaq. 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13°, gündüz 18-23°, dağlarda gecə 9-14°, gündüz 15-19° isti olacaq. 

Ekologiya