Rusiya və Ukrayna arasında “193-ün 193-ə” prinsipi ilə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
XQ Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda rusiyalı hərbi qulluqçular Belarus Respublikasının ərazisindədirlər və onlara zəruri psixoloji, eləcə də tibbi yardım göstərilir.
Onların hamısı Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya keçmək üçün Rusiyaya çatdırılacaq.
Nazirlikdən bildirilib ki, rusiyalı hərbi qulluqçuların əsirlikdən qaytarılması zamanı humanitar xarakterli vasitəçilik səylərini ABŞ və Birləşmiş Ərəb Əmirlikləri göstərib.

