Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda fasilə yaranıb, ABŞ-ın indi başqa prioritetləri var. Rusiya dövlət mediasının məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Financial Times” qəzetinə şərhində bildirib.
Məlumatı “Anadolu” verib.
Peskov Rusiyanın Ukrayna münaqişəsinin diplomatik yolla həllinə açıq olduğunu vurğulayıb: “Cəbhədəki dinamika bizim üçün müsbətdir: irəliləyiş əldə edirik və məqsədlərimizə çatmağa yaxınlaşırıq, amma Prezident Putinin dediyi kimi, diplomatik həllə açıqıq”.
Peskov bildirib ki, avropalılar Ukraynanı hərbi əməliyyatları davam etdirməyə inandırmaq üçün bütün enerjilərini sərf edirlər.
O, Fransa nümayəndəsinin Ukraynadakı vəziyyətin nizamlanmasını müzakirə etmək üçün Moskvaya gəldiyini, lakin Rusiyaya münaqişəyə son qoymaq üçün həvəsləndirici hazırlıq əlamətləri göstərə bilmədiyini qeyd edib.
P.ƏMİRCANOV
XQ

