Fevralın 13-də 62-ci Müxen Təhlükəsizlik Konfransı (MSC 2026) işə başlayıb.
XQ xəbər verir ki, dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu bu mühüm konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir.
Bu tədbir dünya mediasının da diqqət mərkəzindədir. Builki konfransda 115 ölkədən təxminən 1000 jurnalist qeydiyyatdan keçib.
Fevralın 15-dək davam edəcək tədbirin açılış mərasimində Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin, Kansler Fridrix Mertsin çıxışları nəzərdə tutulub.

