AQTA ev quşlarının tələfatı ilə bağlı araşdırmalar aparıb

post-img

“Mediada ev quşlarının tələfatı ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən müvafiq ərazilərdə araşdırmalar aparılıb”.

Bu barədə XQ-yə AQTA-dan məlumat verilib. 

Bildirilib ki, Tovuz rayonunun Bayramlı kəndində yerləşən bir neçə ailə təsərrüfatına Qazax-Tovuz Regional Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib. Araşdırma zamanı iki təsərrüfatda təxminən 10 gün əvvəl az sayda toyuğun tələf olduğu, quş cəsədlərinin sahiblər tərəfindən zərərsizləşdirildiyi müəyyən edilib:

“Baxış zamanı xəstəlik əlamətləri müşahidə olunan quşlara rast gəlinməyib. 

Həmçinin Salyan rayonunun Xalac kəndində yerləşən təsərrüfata Şirvan-Salyan Regional Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib. Təsərrüfatda 1 baş ölü quş cəsədi aşkar olunaraq diaqnostik müayinə üçün AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Digər ev quşları klinik sağlam qiymətləndirilib, saxlanma yerlərində dezinfeksiya işləri aparılıb. 

Təsərrüfatlar nəzarətə götürülüb və sahibkarlara müvafiq tövsiyələr verilib”.

Sosial həyat