Türkiyə Suriyanın Əyn əl-Ərəb bölgəsindəki mülki əhaliyə 11 yük maşını humanitar yardım göndərib.
Bu barədə məlumatı “Anadolu” yayıb.
Məlumata görə, Türkiyə Fəlakətlərin Qarşısının Alınması və Fövqəladə Vəziyyət İdarəsi (AFAD) və Türkiyə Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə 11 yük maşını hazırlanıb, Onlardan 5-nə 50 ton un, 1-nə yorğan, 5-nə isə uşaq bezi və qida yüklənib.
Yanvarın 25-də yardım Suriya hökuməti və Hələb Yardım Koordinasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bölgəyə çatdırılıb.
P.ƏMİRCANOV
XQ


