Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər - VİDEO

post-img

Fırıldaqçılar “Telegram” mesencerinə video altında maskalanmış apk-fayl formatında troyan göndərirlər. Videoda isə guya qurban əks olunub.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, pisniyyətli bu şəxslər təhlükəli faylları “Videoda sənsən?” başlığı altında mesaj vasitəsilə göndərirlər. “Video” sözü həm də faylın öz adında qeyd oluna bilər. Həqiqətdə isə bu, təhlükəli tətbiqdir.

Bu cür faylları açarkən, qurbanın avadanlığına “Mamont” troyanına yoluxmuş tətbiq quraşdırılır. Virus “push” xəbərdarlıqları və SMS-ləri hesablaya bilir, qalereyadakı şəkillərə giriş icazəsi əldə edir, həmçinin istifadəçinin “Telegram” kontaktlarında olan bütün şəxslərə avtomatik olaraq təhlükəli fayl göndərə bilir.

Dələduzların əsas məqsədi qurbanın maliyyə məlumatlarını əldə etmək və cinayət sxemlərində şəxsi akauntdan istifadə etməkdir. Mütəxəssislər cihazların bu kimi təhlükəli viruslara yoluxmasının və məlumat sızıntısının qarşısını almaq üçün naməlum faylları açmamağa çağırır.


@xalqqazeti Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər #keşfet #xeberler #Tiktok #Rusiya #haker #hacker #telegram ♬ оригинальный звук - xalqqazeti

İKT