Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə görüşüb.
Görüşdə Azərbaycanla qurum arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, ötən il Bakının evsahibliyi etdiyi COP29 çərçivəsində birgə fəaliyyət və bu ilin noyabrında ölkəmizdə keçiriləcək Ümumdünya Telekommunikasiyasının İnkişafı Konfransına hazırlıq prosesi haqqında fikir mübadiləsi aparılıb.
Qəzənfər QASIMOV
XQ