OpenAI milyarder İlon Maskın rəhbərlik etdiyi konsorsiumun ChatGPT-nin arxasında duran şirkəti almaq üçün 97,4 milyard dollarlıq təklifi rədd edərək, startapın satışda olmadığını bildirib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
OpenAI-nin bəyanatında deyilir: "OpenAI satış üçün deyil və şura yekdilliklə cənab Maskın rəqabəti qeyri-sabitləşdirmək cəhdini rədd etdi. OpenAI-nin strukturunda hər hansı potensial dəyişiklik yalnız AGI-nin bütün bəşəriyyətin xeyrinə işləməsini təmin etmək üçün qeyri-kommersiya missiyamızı gücləndirəcək".
Çərşənbə axşamı Sem Altman Axios-a OpenAI-nin satışda olmadığını söyləyib.
S.ELAY
XQ