NATO-nun baş katibi Mark Rutte Ukraynadakı hərbi münaqişənin tezliklə sona çatması ilə bağlı nikbin olduğunu bildirib. O, döyüşlərin bir il ərzində bitəcəyinə ümid etdiyini bildirib.
“Bəli, mən optimistəm... bu il üçün ehtiyatla optimistəm, lakin ümid edirəm ki, bu, daha tez baş verəcək”, - cənab Rutte Bloomberg-ə müsahibəsində bildirib.
Eyni fikri bu gün prezidentin mətbuat katibi Dmitri Peskov da deyib. O, Ukraynada münaqişənin nizamlanması ilə bağlı “ehtiyatlı optimist olmaq üçün əsasların” olduğunu deyib və həmçinin Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair baxışı ilə razılaşdığını bildirib.
Bir gün əvvəl ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Mayk Uolts da “ehtiyatlı optimizm”dən danışıb. O, münaqişənin həlli prosesində Rusiya və Ukraynanın gələcək tələblərini şərh edib.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynada atəşkəs təklifi ilə razıdır, ancaq bu, ölkələr arasında uzunmüddətli sülhə gətirib çıxararsa. Onun sözlərinə görə, bir neçə nüansı nəzərə almaq lazımdır, o cümlədən atəşkəs rejiminin saxlanmasına konkret kim zəmanət verəcək.
S.ELAY
XQ