Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirovun təşəbbüsü və cəmiyyətin İdarə Heyətinin yekdil qərarı ilə qurumun nəzdində Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub.
Seymur Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinin günü-gündən müxtəlif sahələr üzrə inkişaf etdiyini vurğulayıb. Bu səbəbdən də elm və incəsənət sahələrinin bundan sonra Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının nəzdində fəaliyyət göstərməsinə qərar verildiyini söyləyib. O həmçinin bildirib ki, Ramazan ayı münasibətilə cəmiyyət tərəfindən aztəminatlı ailələrə və Misirdə təhsil alan xarici tələbələrə 30 tondan çox ərzaq paylanıb.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, Qurani-Kərimin qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.