Cənubi Koreyaya məxsus “Viv Health” şirkəti “CES 2025” sərgisində süni intellektlə təchiz olunmuş yeni nəsil ağıllı üzüyü – “Viv Ring” i təqdim edib. Bu aksesuar yuxu keyfiyyətini artırmaq üçün “yuxugətirici səslər” texnologiyası ilə təchiz olunub.
Okean dalğaları, sakit meşələrdə yağan yağış, quş səsləri ilə əhatə olunmuş bu əşya ürəyin döyünmə sürətini, stresə davamlılığını ölçür və təhlil edir. O, həmçinin istifadəçilərə sağlamlıq göstəricilərini asanlıqla öyrənməyə kömək edir. Şirkət yaxın gələcəkdə üzüyün ən üstün – qan təzyiqini ölçə bilən modelini təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, Las-Veqasda ilin ən böyük “CES 2025” texnologiya sərgisi keçirilib. Sərgidə 160-dan çox ölkədən qonaq iştirak edib.
“CES 2025” in əsas fəaliyyət istiqamətləri süni intellekt, robototexnika, daşınan qurğular, rəqəmsal səhiyyə, nəqliyyat, kibertəhlükəsizlik, eləcə də gözəllik və moda sahəsində olan texnologiyalardır.
S.FİDAN
XQ