Tələbələrin sonsuzluq axtarışı

post-img

“Sonluqdan sonsuzluğa” adlanan sərgi  YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə XX–XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunub. Burada YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin yaradıcılıq nümunələri sərgilənir.

Qeyd edək ki, bir il ərzində məktəbdə incəsənətin fundamental istiqamətləri üzrə multidisiplinar rassamlıq, incəsənət menecerləri, kuratorlar və tədqiqatçılar üçün nəzəri-təcrübi təhsil proqramları uğurla başa çatıb və yekun olaraq, 30 tələbə 4 fərqli  buraxılış layihəsi hazırlayıb.

Bu, əsl rəngarəng multimedia şousudur. Sərgi tələbə art-menecerlərin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran layihələrin mərkəzində Müasir İncəsənət Məktəbin rəhbəri Sabina Şıxlinskayanın “Sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır. Müasir texnologiyaların imkanları seyrçilərin dünyanı müxtəlif baxış bucaqlarından görməsinə şərait yaradır. Təqdim olunan əsərlər yaradıcı təxəyyülün bugünün sərhədlərini gələcəyin üfüqlərinə qədər genişləndirməsi məramını göstərir.   

Sərgi fevralın 2-dək davam edəcək. 

XQ

 

Sosial həyat