Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında Laçın rayonunda fəaliyyət göstərən və fəaliyyəti nəzərdə tutulan işəgötürənlərlə görüş keçirilib. 

“Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində işəgötürənlərlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən görüşdə işğaldan azad olunan ərazilərimizdə reallaşdırılan aktiv məşğulluq proqramları barədə məlumat verilib. 

Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə Agentlik tərəfindən görülən işlərdən bəhs olunub. Qurumun fəaliyyət istiqamətləri barədə təqdimat da edilib. 

İşğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramlarının icrası sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub.

Sosial həyat