Türkiyə hərbçiləri Suriyanın şimalında PKK/YPG terror təşkilatının 20 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Anadolu”nun verdiyi məlumata görə, yaraqlılar Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” antiterror əməliyyatı zonasında aşkar edilərək zərərsizləşdirilib.
Nazirlik Türkiyə ordusunun bölgədəki terror təhlükəsinin aradan qaldırılması üçün qətiyyətlə mübarizəni davam etdirəcəyini vurğulayıb.
Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarının üzərinə yükləməyə çalışır. Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.
İranda PKK Kürdüstanın Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.
P.ƏMİRCANOV
XQ