ABŞ RF, Çin və KXDR-lə nüvə toqquşmasına hazırdır

post-img

ABŞ prezidenti Co Bayden ölkəsinin silahlı qüvvələrinə Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmağı tapşırıb. Bu barədə “The New York Times” (NYT) yazıb. Xəbəri “Anadolu” verib. 

Nəşr iddia edib ki, Ağ Ev rəhbəri mart ayında “Çin təhlükəsinə qarşı yönəlmiş gizli nüvə strategiyası”nı təsdiqləyib.

Məqalədə deyilir ki, mart ayında Bayden ilk dəfə olaraq Çinin nüvə texnologiyasının sürətlə genişlənməsinə və “silahlaşmaya” diqqət yetirərək ABŞ-ın mühafizə strategiyasını dəyişib. 

Nəşr belə bir məsələyə də diqqət yetirir ki, Ağ Ev ABŞ prezidentinin “Nüvə Tətbiqi Rəhbərliyi” adlı yenidən işlənmiş, Çin, Rusiya və Şimali Koreya tərəfdən mümkün koordinasiya edilmiş nüvə çağırışlarına hazırlamaq məqsədi daşıyan strategiyanı təsdiqlədiyini daha əvvəl elan etməyib.

Məqalədə deyilir ki, dörd ildən bir yenilənən sənədin elektron nüsxəsi yoxdur, çünki o, “tam məxfidir” və sənədin kağız nüsxələri təhlükəsizlik qüvvələri və Pentaqon daxilində az sayda şəxslərə paylanıb.

P.ƏMİRCANOV
XQ

Dünya