Rusiyada hamiləlik və uşağa qulluq üçün müavinətlər artırılır

post-img

Gələn il Rusiyada hamiləlik üçün müavinətlərin maksimum məbləği 794,4 min rubla, 1,5 yaşa qədər uşağa qulluq üçün isə 68,9 min rubla qədər artacaq. Bu barədə iyulun 27-də Dövlət Dumasının Əmək Komitəsinin üzvü Yekaterina Stenyakina bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

Deputat həmçinin bildirib ki, bir gün üçün xəstəlik məzuniyyəti ödənişlərinin maksimum məbləği 2025-ci ildə iki dəfədən çox artırılacaq - 5,7 min rubl.

“2025-ci ildə sosial pensiyalar və dövlət pensiyaları 9,5% artacaq. Sığorta pensiyaları və onlara sabit ödənişlər iki dəfə indeksləşdiriləcək: 2025-ci il fevralın 1-dən - 4,5% və 2025-ci il aprelin 1-dən - 2,2%", - Stenyakina əlavə edib.

Onun sözlərinə görə, gələn il Rusiya Qəhrəmanlarının və Əmək Qəhrəmanlarının, veteranların, əlillərin, mühasirədə olan Leninqrad sakinlərinin, texnogen qəzaları ləğv edənlərin və digər kateqoriyadan olan vətəndaşların alacağı müavinətlər də 4,5% artacaq. 

Rusiyanın baş naziri Mixail Mişustin də 2025-ci il üçün yaşayış minimumunu artırdığını açıqlayıb. 

Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlar Məsələləri Komitəsinin rəhbəri Yaroslav Nilov iyulun əvvəlində federal səviyyədə uzun nikahlara görə ödənişlər haqqında qanun layihəsinə yenidən baxılmasını təklif edib. Sənədin mətninə əsasən, ər-arvadın ailə həyatının müddətindən asılı olaraq ödənişlərin edilməsi təklif edilir. Beləliklə, evliliyin 20 illiyi üçün 20 min rubl, 25 illiyi üçün - 25 min rubl və s. 70 illik yubileyə qədər 70 min rubl ödənilir.

P.ƏMİRCANOV

XQ

 

Dünya