İqlim dəyişikliyi səbəbindən Yer kürəsinin fırlanması yavaşıyıb. Sürix Ali Texniki məktəbinin alimləri bu qənaətə gəliblər. Tədqiqatçılar Yerin dəyişmə sürətini və qütb sürüşməsini hesablayan model yaradıblar. Müəyyən edilib ki, qütb buzlarının kütləvi şəkildə əriməsi planetin formasını dəyişir.
İsveçrə alimlərinin fikrincə, dəyişmə Qrenlandiya və Antarktidanın buz təbəqələrinin tədricən əriməsi ilə bağlıdır. Bu, planetdə suyun yenidən bölüşdürülməsinə gətirib çıxarır. Ekvator zonasında su daha çoxdur. Bu, Yeri daha uzunsov edir və planetin fırlanması yavaşıyır. Bu səbəbdən gündüz saatları uzanır: 2000-ci ildən bəri Yer kürəsində günlər 1,33 millisaniyə artıb.
Mütəxəssislər hesab edirlər ki, bu cür müvəqqəti dəyişikliklər internet trafikini, GPS naviqasiyasını pozmağa kifayət edir. Bundan başqa, dəqiq vaxtdan asılı olan maliyyə əməliyyatlarında səhvlərə səbəb olur. Sürixdən professor Benedikt Soya hesab edir ki, millisaniyələr sayəsində insanların Yerə nə qədər təsir etdiyini başa düşmək olar: “Biz görürük ki, insanlar Yer sisteminə təkcə lokal deyil, həm də fundamental təsir edir. Bu təsir Yerin temperaturunu artırmaqla yanaşı, həm də əsaslı şəkildə kosmosda fırlanmasını və hərəkətini dəyişir. Karbon qazı emissiyalarına görə biz bunu cəmi 100–200 il ərzində etdik. Halbuki keçmişdə bunun üçün milyardlarla il lazım idi.
PÜNHAN
XQ