Antidopinq agentliklərinin Avropa iclası

post-img

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 69-cu iclası keçirilib.

Mərasimdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İki gün davam edən toplantının gündəliyində CAHAMA-nın 68-ci iclasının hesabatının təsdiqi, növbəti görüşlərin tarixlərinin müəyyənləşdirilməsi, Katiblikdən yeniliklər və WADA-nın qarşıdakı İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq məsələləri yer alıb.

İclasda AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev gender bərabərliyi üzrə məruzəçi qismində çıxış edərək, antidopinq siyasətində gender aspektlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

AMADA nümayəndə heyətinin iclasda iştirakı Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa və Avropa ailəsində fəal dialoqa sadiqliyini bir daha təsdiq edir.

Qabil YUSİFOĞLU
XQ

İdman