Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti rumıniyalı həmkarı Aleks Florentanın dəvəti ilə Buxarest şəhərində işgüzar səfərdədir.
Rumıniyanın Baş Prokurorluğunda keçirilən görüşdə Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Rumıniya istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Aleks Florenta qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək ötən il ərzində Azərbaycana etdiyi işgüzar səfərin xüsusilə yaddaqalan olmasını qeyd edib.
Görüşdə iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Rumıniyanın ədliyyə naziri Radu Marinesku, ölkə Parlamenti Senatının sədr müavini Robert Cazancu arasında da görüş keçirilib. Səfər çərçivəsində, həmçinin ölkəmizin Rumıniyadakı səfirliyi də ziyarət edilib.
XQ

