Süni zəka “özbaşınalıq” edir

post-img

Dünyanın inkişaf etmiş öıkələri (G7) belə süni intellektin sürətli inkişafı ilə ayaqlaşa bilmirlər. Onlar qeyd etdilər ki, yeni texnologiyalar inkişaf və innovasiyalar üçün geniş imkanlar təqdim etsə də, onların faydaları ilə yanaşı problemləri də çoxdur. Məsələn, süni intellektin istehsalat, xidmət sektorları və bu və ya digər sahələrdə tətbiqi insanların əməyindən istifadənin aktuallığını və zəruriliyini minimuma endirir. 

Bu zərərlərdən biri də şəxsə aid in­formasiyaların təhrif olunması, fərqli for­matda təqdim olunmasıdır. Belə ki, süni intellekt ona verilən tapşırığı icra etməklə şəxsin öz səsindən istifadə edərək onun orijinal videosunun üzərinə yeni bir səs yazır, bir insana məxsus olmayan səs, videoyazısı ona məxsus kimi təqdim edi­lir. Elə süni intellekt alqoritmləri var ki, o da insan kimi danışa bilir. Eyni səslə hə­min şəxsin söyləmədiyi müəyyən ifadələr onunku kimi səsləndirir. Əslində bu da kibercinayətkarlığın bir növüdür.

Nəticədə, tamamilə saxta bir məlumat ortaya çıxır. Xüsusən də seçkilər ərəfə­sində əks cəbhədə olan tərəflər bir-bilə­rinə qarşı bu metoddan istifadə edirlər. Məsələn, 2020-ci ildə Belçikada rəqib qruplardan biri ölkənin sabiq baş naziri Sofi Vilmisin adından saxta məlumat ya­yıb. Bunun üçün onlar Vilmisin orijinal bir videosundan istifadə edərək süni intellekt vasitəsilə üzərinə yeni nitq yazıblar. Bu saxta videoda Vilmis COVID-19 haqda danışır və iddia edir ki, pandemiyanın yaranma səbəbi insanların ətraf mühiti məhv etməsidir. 

Sabiq baş nazirin bu çıxışı böyük rezonansa səbəb olmuşdu. Deməli, süni intellekt texnologiyalarının “siyasətə” qo­şulması təhlükəlidir və potensial olaraq insanlığın məhvinə səbəb ola bilər. 

Hazırkı proqnozlara görə, süni intel­lekt tərəfindən yaradılan dezinformasiya artıq 2024-cü ildə keçiriləcək seçkilərdə seçiciləri çaşdırmaq təhlükəsi yarada bilər. Məsələn, Tramp və ya Baydenin saxta səs yazısı yayıla və bunun da seç­kinin nəticəsinə təsiri ola bilər.

PÜNHAN
XQ

Dünya