Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyasının məlumatına görə, dünən günəş məşəllərinin fəallığı indeksi iyun ayından bəri ilk dəfə olaraq 10 ballıq şkala üzrə qırmızı 8 səviyyəsinə çatıb.
Günün əvvəlindən elm adamları 11 alışma qeydə alıb. Onlardan ikisi M səviyyəsində olub. Moskva vaxtı ilə saat 12:00-da məşəllərin fəallığı indeksi qırmızı səviyyəni keçib.
Alimlərin fikrincə, sürətlə genişlənən günəş ləkələri və getdikcə mürəkkəbləşən maqnit konfiqurasiyaları fonunda oktyabrın 14-ü axşam fəallıq kəskin artıb. Buna görə də mütəxəssislər cümə günündən bazar gününə kimi güclü maqnit fırtınaları və intensiv qütb parıltıları proqnozlaşdırırlar.
Bundan əvvəl məlumat verilmişdi ki, oktyabrın 12-də Yer Günəşdə başqa bir tac dəliyinin təsirinə məruz qala bilər və bu, maqnit qasırğasına səbəb olacaqdır.
Qabil ƏLİYEV
XQ