Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin 9 ayı ərzində 54681 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 16398-i müvəqqəti yaşama icazəsi, 1167-si müvəqqəti olma müddətinin uzadılması, 3818-i vətəndaşlıq məsələləri, 6257-si olduğu yer üzrə qeydiyyat, 3250-si daimi yaşama icazəsi, 6774-ü iş icazəsi, 2252-si inzibati xəta, 14765-i isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
XQ