ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün Çinə qarşı yeni rüsumlar hesabına maliyyələşdiriləcək "qələbə fondu"nun yaradılması üzərində işləyir.
XQ xəbər verir ki, bu barədə "The Telegraph" yaydığı məlumatda bildirilib.
Mətbu orqan qeyd edib ki, Tramp maliyyə naziri Skott Bessentə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən öncə planı avropalı həmkarlarına təqdim etməyi tapşırıb.
"Strategiya Çindən idxala 500 faizlik rüsumun tətbiq edilməsini və əldə olunan vəsaitin Ukrayna ordusu üçün silah alınmasına yönəldilməsini nəzərdə tutur", - məqalədə qeyd edilib.
N.Adilqızı
XQ