NATO-nun avropalı müttəfiqləri PURL sxemi (Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı) çərçivəsində Ukrayna üçün daha çox Amerika silahı almağa söz verib. Alyansın iclasından əvvəl yalnız altı ölkə - Hollandiya, Danimarka, Norveç, İsveç, Kanada və Almaniya PURL sxeminə qoşulmuşdu, lakin çərşənbə günü NATO Baş katibinin və ABŞ-ın təzyiqi ilə daha 10 ölkə sxemə qoşulub.
Məlumatı “Euronews” verib.
Artlq bu on on Avropa ölkəsi Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) proqramına qoşulmaq barədə saziş imzalayıb. Yeni maliyyə sxeminə əsasən, avropalı müttəfiqlər Amerika istehsalı olan silahları alıb Ukraynaya ötürəcəklər.
Kiyevə müdafiə və maliyyə dəstəyini izləyən Almaniyanın Kiel İnstitutunun məlumatına görə, Qərbin Ukraynaya hərbi yardımı iyul və avqust aylarında ilin birinci yarısı ilə müqayisədə 43 faiz azalıb.
PURL Rusiyanın tammiqyaslı işğalına qarşı özünü müdafiə etməyə davam edən Ukraynanın təhlükəsizlik yükünü azaltmaq məqsədilə Avropa və Kanadanın yükün daha çox hissəsini öz çiyinlərinə götürmək öhdəliyini həyata keçirmək üçün açardır.
P.Əmircanov
XQ