“Caz şahzadəsi”nin Antalya coşğusu

post-img

“Cazın şahzadəsi” kimi tanınan azərbaycanlı pianoçu, bəstəkar və vokalçı Əzizə Mustafazadə Türkiyənin Antalya şəhərində keçirilən 7-ci Antalya Akra Caz Festivalında fanatları ilə görüşüb. 

Qeyd edək ki, “Akra” otelinin qarşısında, açıq səma altında keçirilən konsertdə Əzizə Musta­fazadənin güclü səsi və piano ifası tamaşaçıları valeh edib. O, basçı Ralf Cetto və zərb alətləri ifa­çısı Simon Zimbardonun müşayiəti ilə füzyon və caz kompozisiyaları ilə çıxış edib.

Yeri gəlmişkən, Əzizə xanım repertuarına təkcə öz bəstələrini deyil, həmçinin atası, mərhum ustad musiqiçi Vaqif Mustafazadə­nin əsərlərini də daxil edib. O, sonra oğlu Ramizxanı səhnəyə dəvət edib. “Cazın şahzadəsi”nin oğlunun ifası tamaşaçıların alqışları ilə qarşılanıb.

Xatırladaq ki, iyunun 12-də başa çatacaq festival dünən caz dün­yasının aparıcı simalarından biri, pianoçu və bəstəkar Kərəm Gör­sevin yeni albomu “Lost ghost”un Türkiyə təqdimatı ilə davam edib. 

AYTƏN
XQ

Mədəniyyət