Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubunun güləşçisi Cavid Feyziyev Saksoniya-Anhalt əyalətində təşkil olunan liqa yarışlarında uğura imza atıb.
Turnir çərçivəsində 4 görüşə çıxan idmançımız hər birində qalib gələrək yüksək nəticə göstərib. Peşəkar yanaşması və taktiki hazırlığı ilə seçilən soydaşımızın inamlı mübarizəsi həm yerli idman ictimaiyyətinin, həm də azərbaycanlı azarkeşlərin böyük rəğbətini qazanıb.
Mustafa Kamal
XQ